UEFA Bayern Munchen-ə intizam işi açıb

26 Aprel 2018 17:12 (UTC+04:00)

UEFA Bayern Munchen-ə qarşı intizam işi açıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, buna səbəb klub azarkeşlərinin Çempionlar Liqasının yarımfinal mərhələsində evdə Real Madrid-lə ilk matçda qadağan olunmuş banner açması və oyun vaxtı meydana azarkeşlərin girməsidir. Bu məsələ ilə bağlı qərar mayın 31-də çıxarılacaq. Bayern Munchen - Real Madrid matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü mayın 1-də keçiriləcək.