Evlilik Ardaya "dərd" oldu

26 Aprel 2018 17:58 (UTC+04:00)

Başakşehir'in futbolçusu Arda Turan həyat yoldaşı Aslıhan Doğanın qısqanclığı üzündən dostları ilə vaxt keçirə bilmir. 

Movqe.az goal.az-a istinadən xəbər verir ki, bu səbəbdən Ardanın dostları Aslıhana veto qoyublar. Yaxınları Aslıhan istəmədiyi üçün onlarla münasibətini soyudan Ardadan da uzaq gəzirlər. 

Aslıhan Doğan nişanlı olduqları zaman Ardaya bütün qadın tanışlarının telefon nömrələrini sildirmişdi.