AVMA-nın növbəti tədbiri keçirildi

26 Aprel 2018 20:21 (UTC+04:00)

Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İB-nin darə Heyətinin genişləndirilmiş toplantısı və açılış- təqdimat mərasimi keçirilib. Toplantıda AVMA İdarə Heyəti və MNTK üzvləri,VMA rəhbərləri, valideyn, müəllim və şagirdlər, təhsil eksperti Nadir İsrafilov, Məktəb guşəsi jurnalı və saytının baş redaktoru Məzahir Məmmədli, "Təhsil və Zaman" qəzetinin baş redaktoru, Təhsil Şurasının nümayəndəsi Böyükağa Mikayıllı, dövlət orqanlarının nümayəndələri iştirak edib. Toplantı çərçivəsində  AVMA-nın il ərzində gördüyü işlər barədə məlumat verildi. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti yanında QHT lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən Bakı və regionlarda "Valideyn Forumları və uşaq yay istirahət turlarının təşkili" layihəsinin təqdimatı oldu. "Caspi Art" müsabiqəsinin qaliblərinin bir qrupu, 1-cilik diplomu qazanan Teymur Əziz, 3-cü ödül diplomu qazanan Əli Rzazadə, Mansion diplomu qazanan Zəhra Əbdülkərimova beynəlxalq müsabiqədə qazandıqları diplomlarla təltif edildilər. Təhsilin inkişafı problemləri müzakirə edilərək, bununla bağlı mütəxəssislərin təklifləri irəli sürüldü.