Yazılı imtahanları artıq kompüterlər qiymətləndirəcək
5 Aprel 2013 15:14 (UTC+04:00)
Movqe.az xəbər verir ki, dünyanın
öndə gələn iki universiteti
olan Harvard və Massaçusets
Texnologiya İnstitutunun (MIT)
ortaq cəhdiylə yaradılan bir
proqram təminatı, tələbələrin
yazılı imtahanlarını saniyələr
içində qiymətləndirərək bal
verə bilir. Nyu York
Tayms NYT)
qəzetinin xəbərinə görə, iki
universitetin ortaq cəhdiylə
yaradılan "EdX"in çıxardığı
proqram təminatı ilə
şagirdlər, saniyələr içində
imtahan balını öyrənə biləcək.
İstəyən təşkilatın istifadə
edə biləcəyi proqramın, süni
hazırlanmış bir zəka istifadə etdiyi qeyd
edilib. EDX rəhbəri
Anant Aqarval, proqramın təhsil
sahəsində faydalı bir
vasitə ola biləcəyini,
tələbələrin imtahan
performanslarını artırmaq üçün
proqramı istifadə edə biləcəyini
vurğulayıb. Aqarval, bu
sistem sayəsində tələbələrin
imtahan nəticələrini öyrənmək üçün
günlərlə gözləməyəcəklərini qeyd
edib. EDX rəhbəri
Aqarval, "Dərhal cavab
gəlir, istifadəsi çox faydalıdır.
Şagirdlər, bu şəkildə daha yaxşı
öyrəndiklərini söyləyir."
deyib. "EdX"in çıxardığı
proqram təminatı üçün
müəllimin, əvvəlcə 100
imtahan sualını
cavablanırması tələb olunur.
Süni zəka, bu cavablar
vasitəsilə sürətlə imtahan
kağızlarını qiymətləndirir. Proqram
təminatı, müəllimin qiymətləndirmə
şəklinə görə imtahan
kağızlarını qiymətləndirir. Eyni zamanda
şagirdin hansı məqamlarda
zəif olduğunu da söyləyir.