Zidan Real Madrid'in tarixinə düşdü

7 May 2018 14:00 (UTC+04:00)
Zinəddin Zidan Real Madrid'in baş məşqçiləri arasında rekord müəyyənləşdirib.
Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, fransalı mütəxəssis buna La Liqanın XXXVI turunda Barcelona ilə səfər heç-heçəsi sayəsində imza atıb. O, "Nou Kamp"dakı ilk 4 matçda uduzmayan ilk baş məşqçi olub.
"Kral klubu" "Barca"nı 2015-2016 mövsümündə səfərdə 2:1 hesabı ilə yenib. 2016-2017 mövsümündə 1:1 hesablı heç-heçə qeydə alınıb. Cari mövsüm ərəfəsində isə İspaniya Super Kuboku uğrunda ilk görüşdə madridlilər 3:1 hesablı qələbə qazanıb.