"Narkomanlığa qarşı mübarizədə elektron medianın üzərinə daha çox iş düşür. Çünki onlar maarifləndirmə, məlumatlandırma və təbliğatla bağlı daha çox iş görə bilir. Buna görə telekanallar xüsusi məsuliyyət daşıyır".
Bu açıqlamanı APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli verib. Onun sözlərinə görə, telekanallar xüsusən serialların çəkilişi zamanı narkotiklərlə mübarizə mövzusuna xüsusi fikir verməlidirlər: "Onlar bu mübarizəni elə formada verməlidirlər ki, insanlarda həmin vasitələrə qarşı ikrah hissi yaransın. Bəzən isə əksinə, insanları buna sövq edən hallar da olur. Buna qətiyyən yol vermək olmaz".