Lənkəranda baba və nəvə yandı
7 Aprel 2013 11:12 (UTC+04:00)
Ötən gecə saat 00.30 radələrində Lənkəran rayonunun Sefarabi
kəndində, kənd sakini Orucəli Qurbanova məxsus 4 otaqlı yaşayış
evində güclü partlayış baş verib. Hadisə baş verən evdə ailənin 5
üzvü olsa da, partlayışdan ancaq baba və nəvə xəsarət alıblar. Gücü
partlayış 1931-ci il təvəllüdlü Orucəli Qurbanov və onun nəvəsi
1993-cü il təvəllüdlü Rəşad Qurbanovu yandırıb. Xəsarət alanlar
dərhal Lənkəran rayon Regional Müalicə Diqanostika Mərkəzinə
çatdırılıblar. Onlar xəstəxanaya bədənin müxtəlif yerlərindən 3-cü
dərəcəli texnik alov yanıqları ilə daxil olublar. Vəziyyətləri ağır
olduğundn Bakıya yola salınıblar.
Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, onların hər
ikisinin vəziyyəti ağır olaraq qalır.
Zərərçəkənin qardaşı oğlu Fikrət Qurbanovun ehtimallarına görə,
partlayışa səbəb qaz sızması olub. Belə ki, baba evə gələrkən işığı
yandırıb və güclü partlayış baş verib.