İsrail "Avroviziya-2018" müsabiqəsinin qalibi olub (FOTO)

13 May 2018 02:32 (UTC+04:00)

Portuqaliyanın paytaxtı Lissabonda "Altis Arena"da "Avroviziya-2018" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.

Movqe.az-ın məlumatına görə, "Avroviziya-2018" beynəlxalq mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta Barzilay olub. 

Qeyd edək ki, "Avroviziya-2018" beynəlxalq mahnı müsabiqəsinin finalında 26 ölkə iştirak edib (Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya, Serbiiya, Moldova, Macarıstan, Ukrayna, İsveçrə, Danimarka, Avstraliya, Norveç, Sloveniya, Niderland, Portuqaliya, İtaliya, Böyük Britaniya, İspaniya, Almaniya, Fransa).