Dövlət Neft Şirkətinin Elm Fondunun müsabiqəsinə layihələrin qəbulu davam edir

8 Aprel 2013 13:41 (UTC+04:00)

Mövqe.az-ın  science.gov.az saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərən, neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə, hələ, 22 fevral 2013-cü il tarixində müsabiqə elan etmişdi. Bu barədə www.science.az, www.socar.az saytlarında məlumat yerləşdirilmişdi.


Layihələrin qəbulu hər gün (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyətinin Elmi-təşkilat şöbəsində (İstiqlaliyyət küçəsi, 10, otaq 509) qəbul edilir.


Layihələrin qəbulu üçün son müddət: 30 aprel 2013-cü il, saat 17:00-dək.