Spirtli içkilərin faydası da var imiş - HANSI?

9 İyul 2018 12:33 (UTC+04:00)

Kiçik miqdarda spirtli içki qəbulu Altsheymer xəstəliyi riskini azaldır.

Movqe.az  Trend-ə istinadən bildirir ki, ABŞ-ın Roçester Universitetinin mütəxəssisləri bu qənaətə gəlib.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, spirtli içki mərkəzi sinir sistemini təmizləyən qlimfatik sistemə müsbət təsir göstərir. Qlimfatik sistem 2012-ci ildə siçanlar üzərində aparılan təcrübələr zamanı aşkar edilib.

 

Bununla belə, uzun müddət ərzində böyük həcmdə spirtli içkilərin içilməsinin qlimfatik sistemin funksiyalarına mənfi təsir göstərdiyi də qeyd olunub.