"Neftçilər" metrosu yaxınlığında etiraz aksiyası

8 Aprel 2013 14:36 (UTC+04:00)

"Neftçilər" metrosunun yaxınlığında bir qrup şikayətçi etiraz aksiyası keçirir. Mövqe.az-ın verdiyi məlumata görə, onlar Nizami rayonu Qara Qarayev prospekti "Neftçilər" metrosunun yaxınlığında yerləşən "Lombard" mağazası sahibinin vətəndaşların xeyli miqdarda əmanətini mənimsəyərk aradan çıxmasına etiraz edirlər.


Şikayətçilərin ANS PRESS-ə verdiyi məlumata görə, dəqiq adı məlum olmayan və Mamed kimi tanınan həmin şəxs müxtəlif insanlara məxsus xeyli miqdarda pulu və əmlakı mənimsəyərək yoxa çıxıb.


"Neftçilər" metrosu yaxınlığına 20-30 nəfər adamın toplaşdığı bildilrir. Şikayətçilər bununla bağlı Nizami rayon 24-cü polis idarəsinə müraciət etsələr də, şikayətə baxılmadığını deyirlər. 


Bununla bağlı Nizami rayonu 24-cü polis bölməsindən onlara rəsmi müraciət olunduğunu təsdiq etdilər. Polis bölməsindən faktla bağlı araşdırma aparıldığını dedilər.