9 yaşında qızı olan "subay" azərbaycanlı aparıcı ərə gedir?

16 May 2018 20:21 (UTC+04:00)

Teleaparıcı Zümrüd Bədəlova sosial şəbəkə hesabında gəlinlikdə çəkilmiş görüntüsünü paylaşıb.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, bu kadrların son zamanlar aktrisalıq fəaliyyətinə başlayan Zümrüdün film çəkilişindən olduğu qeyd edilir.

Bildirək ki, Zümrüd Rusiyada ailə həyatı qurub. O, müsahibələrinin birində "Mənim Azərbaycanda nikahım olmayıb, Rusiyada olub. Azərbaycan şərtlərinə görə mən subayam" demişdi.

Aparıcı xanımın 9 yaşlı qız övladı var.