Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Bakıda XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi "World Food Azerbaijan 2018" və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2018" sərgiləri ilə tanış olub.
Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına sərgilərlə bağlı məlumat verdi.
Prezident İlham Əliyev sərgilərdə nümayiş olunan stendlərə baxdı.