İdman zalının seyfindən pul oğurlayan şəxs tutulub

16 May 2018 17:56 (UTC+04:00)

İdman zalının seyfindən oğurluq edən Quba sakininin digər cinayət əməlinin də üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Movqe.az-a verilən məlumata görə, mayın 14-də Quba Rayon Polis Şöbəsinə rayon ərazisindəki “Quba Taekvando” idman zalından seyfdə olan 900 manat pulun ogurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon sakini Qalib Əlibəyov olduğu məlum olub.

 

Saxlanılan şəxsin digər cinayət əməlinin də üstü açılıb. Polis əməkdaşları tərəfindən onun digər rayon sakininin 100 manatını oğurlaması da müəyyən edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.