Albalı ağacları çiçək açdı- - FOTOLAR

8 Aprel 2013 15:07 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Vaşinqtonda hər il qeyd olunan Milli Albalı Çiçəyi Festivalına 5 gün qala albalı ağacları çiçək açıb. Şəhərin simvolu albalı ağacları Milli Meydandakı Tidal gölü ətrafında yerləşir. Ağacların çiçək açdığının eşidilməsi xəbərindən sonra vətəndaşlar həftə sonu tətillərini göl ətrafında gəzinti piknik edərək keçirib. Şəhərdə olan turistlərin də sıx maraq göstərdiyi albalı ağacları ətrafında vətəndaşlar çoxlul fotoşəkil çəkdirb. Həmçinin göl kənarında hazırlanan müxtəlif fəaliyyətlərlə vətəndaşlara asudə vaxtlarını gözəl keçirmə imkanı təqdim edilir. Milli Albalı Çiçəyi Festivalı bu il 20 Mart - 14 Aprel tarixləri arasında qeyd olunur. Festivalın bitəcəyi günə qədər gölməçə ətrafında nümayiş və konsertlərin təşkili davam edəcək. Lakin keçid mərasiminin də ediləcəyi əsl bayram 13 Aprel tarixində reallaşacaq.
Vaşinqtona 1912-ci ildə qardaş şəhəri Tokionun hədiyyə etdiyi ağaclar, ABŞ və Yaponiya arasındakı dostluğun simvolu olaraq görülür. Bu dostluğa hörmətin ifadəsi olaraq mərasimlrdə Yapon mədəniyyətinin tanıdıldığı xüsusi fəaliyyətlərə də yer verilir.