Azərbaycanda gündə qeydiyyat üçün 1500 əcnəbi müraciət edir

17 May 2018 10:48 (UTC+04:00)

Azərbaycanda gün ərzində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Miqrasiya Xidmətinə 1500 əcnəbi və vətəndaşlığı olmayan şəxslər müraciət edir. Movqe.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. O bildirib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 50-60 faizi müraciətlərini elektron formada edir.