Dolların qiyməti dəyişmədi

17 May 2018 17:48 (UTC+04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.

AMB-dən Movqe.az-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün də 1,7000 səviyyəsində müəyyən edib.