Tovuzda 41 yaşlı qadın faciəvi şəkildə öldü - YENİLƏNİB

18 May 2018 10:43 (UTC+04:00)

10:43

movqe.az xəbər verir ki, Tovuz Rayon Prokurorluğundan "Report"a bildirilib ki, əvvəllər qıcolmadan əziyyət çəkən 1977-ci il təvəllüdlü Nəsibə Çümşüd qızı Hüseynova yaşadığı evdə vəfat edib. 

Qeyd olunub ki, N.Hüseynova elektrik cərəyanı vurması nəticəsində deyil, qıcolmadan ölüb: "Meyitə baxış zamanı onun üzərində elektrik cərəyanı vurmasına xarakterik izlər aşkar olunmayıb".

----------
09:58

Tovuz rayonunda qadını cərəyan vurub.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən istixanaların birində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1977-ci il təvəllüdlü Nəsibə Çümşüd qızı Hüseynovanı ehtiyatsızlıqdan cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.