Jurnalist qaçırılıb

30 Aprel 2012 11:37 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Kolumbiyanın cənub bölgəsində yerləşən inqilabçı partizan təşkilatı " FARC"a aid olan narkotik maddə hazırlanan laboratoriyaları dağıtmaq üçün təşkil olunan əməliyyatda  4 əsgər dünyasını dəyişib. Əməliyyatda   bir Fransız  jurnalistin itdiyi bildirilib.  10 il müddətində  Kolumbiyada vəzifəsini  yerinə yetirən fransız  jurnalist əməliyyatları müşahidə etmək üçün təhlükəsizlik qüvvələrinə yardım edib.     

 Xatırladaq ki,  ötən həftə  təşkilatın təşkil etdiyi  iki ayrı hücumda 8 adam həlak olmuşdu. 

Kolumbiyada Silahlı İnqilabçı Qüvvələr ilə (FARC) 2002-ci ildən bu yana davam edən həssas müzakirələr son dövrlərdə öz yerini yenidən şiddətli döyüşlərə verib.


Əfqanə Məzahirqızı