Dollar həftəyə bu qiymətlə başladı

21 May 2018 15:07 (UTC+04:00)

Mərkəzi Bank bu günə olan valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Movqe.az-a verilən məlumata görə, mayın 21-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9978 manat təşkil edir.

1 türk lirəsi 0,3765 manat, 1 rus rublu 0,0273 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6958 manatdır.