Dövlət Miqrasiya Xidmətindən əcnəbiləri məmnun edəcək xidmət

21 May 2018 16:09 (UTC+04:00)

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan İsmayıllı rayonun İvanovka kəndində növbəti səyyar xidmət təşkil edilib.
Səyyar xidmət zamanı Ağsu regional miqrasiya idarəsinə daimi yaşamaq icazəsinin müddətinin uzadılması ilə bağlı müraciət etmiş 01 iyul 1937-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı Tatıana Ermalovaya idarəyə gəlməkdə çətinliyi olduğu üçün yaşadığı ünvanda daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim olunub. T. Ermalova göstərilən bu diqqət və qayğıya, həmçinin miqrantların hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən uğurlu siyasətə görə Prezidenti İlham Əliyevə minnətdarlıq edib. 
İvanovka kəndində səyyar xidmətin imkanlarından ümumilikəd 8 şəxs istifadə edib. Onlardan 1 nəfərə Azərbaycan vətəndaşlığına qəbul, 2 nəfərə müvəqqəti yaşama, 3 nəfərə daimi yaşama icazəsinin verilməsi ilə bağlı tələb olunan sənədlərin adlı siyahıları, 1 nəfərə daimi yaşamaq üçün icazə vəsiqəsi və 1 nəfərə Azərbaycan Respublikası vətəndaşlığının tanınması barədə qərar təqdim edilib.