Milli Məclis növbədənkənar toplanacaq

21 May 2018 16:18 (UTC+04:00)

Milli Məclisin yaz sessiyası çərçivəsində növbədənkənar sessiyası çağırılacaq.
 
 
 
APA-nın məlumatına görə, növbədənkənar sessiya bir qrup deputatın müraciəti əsasında keçiriləcək.
 
 
 
Sessiyanın ilk iclasının tarixi də müəyyənləşib. İyunun 12-də keçiriləcək plenar iclasın gündəliyi gələn ayın əvvəlində müəyyənləşəcək.