Türkiyənin seks-simvolu Azərbaycana gəlir - FOTOSESSİYA

8 Aprel 2013 17:38 (UTC+04:00)
Türkiyənin seks-simvollarından biri kimi qəbul edilən qalmaqallı müğənni Ebru Polad Bakıya gələcək.

Aprelin 15-də baş tutacaq səfər Ebrunun rəfiqəlik etdiyi azərbaycanlı müğənni Afaqın təqdimatında iştirak etməsi ilə bağlıdır.

Tədbiri təşkil edəcək prodüser Pərviz Əsgərov əməkdaşımızla söhbətində yayılan xəbəri təsdiqlədi:

"Ebru Polad 4 gün qonağımız olacaq. Özü istəyib ki, bir neçə gün qalıb Bakının gəzməli-görməli yerlərində olsun. Hansısa tələblər irəli sürməsə də, kaprizli ulduzu layiqincə qonaq etməyə çalışacağıq".