Bakıda evdən 35 minlik qızıl oğurlanıb

22 May 2018 17:06 (UTC+04:00)

Bakı şəhərində evdən 35 min manatlıq qızıl oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, oğurluq etdiyi üçün tutulmuş Ozal Nuriyevin ətrafında Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 2016-cı ilin mart ayında rayon ərazisindəki evlərin birindən 300 ABŞ dolları və 35000 manat dəyərində qızıl əşyalar oğurlaması da müəyyən edilib.