Aİ miqrantlara yardım üçün Türkiyəyə əlavə 1,5 milyard avro ayıracaq

23 May 2018 21:00 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) 2019-cu ildə miqrasiya böhranı ilə mübarizə üçün Türkiyəyə əlavə 1,5 milyard avro ayıracaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumat çərşənbə günü Avropa Komissiyası tərəfindən dərc olunan Aİ-nin növbəti il üçün büdcə layihəsində əksini tapıb.
"Suriyadan və digər yerlərdən Türkiyəyə gələn qaçqınları qida, təhsil və yaşayış yeri ilə təmin etmək işini davam etdirmək üçün əlavə 1,5 milyard avro ayrılsın", - sənəddə qeyd olunub.