Prezident Albaniya Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

8 Aprel 2013 17:26 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, Prezident İlham Əliyev Albaniya Respublikasının Baş naziri Sali Berişanı qəbul edib.


Görüşdə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb, tədbirin iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olunub.


Görüşdə, həmçinin Azərbaycan ilə Albaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə inkişafının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.