Şəkidə 53 yaşlı qadını ilan sancdı

24 May 2018 16:23 (UTC+04:00)

Şəkidə 53 yaşlı qadını ilan sancıb.

Dünən axşam saatlarında rayonun Qoxmuq kənd sakini, 1965-ci il təvəllüdlü Şəhla Qurbanəli qızı Salamova ilan sancma xəsarəti ilə Şəki Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, Şəhla Salamovanı yaşadığı kəndin ərazisində ilan sağ ayağın topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şəhla Salamovanın hazırda müayinə və müalicəsi aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. (APA)