BVF: Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir

24 May 2018 13:37 (UTC+04:00)

Ermənistan bir daha Cənubi Qafqazda ən yoxsul ölkə olub.

Movqe.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsul barədə hesabatında deyilir.

Hesabata əsasən, 2018-ci ilin yekunlarına əsasən Ermənistanda bu göstərici 10 min dollar təşkil edəcək.

Ermənistan bu göstərici ilə 192 ölkə arasında 113-cü yerdə qərarlaşıb. Bu, həm də Cənubi Qafqaz ölkələri arasında qeydə alınan ən aşağı göstəricidir.

Belə ki, 2018-ci ilin yekunlarına əsasən alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18,04 min, Gürcüstanda 11,48 min dollar təşkil edəcək.