Bu günə olan hava məlumatı

9 Aprel 2013 11:02 (UTC+04:00)

Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı, axşam buludluluğun artacağı gözlənilir. 

Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında

Aprelin 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 23-28, bəzi yerlərdə 30, dağlarda gecə 7-12, gündüz 16-21, bəzi yerlərdə 24 dərəcəyədək isti olacağı gözlənilir. 



Tibbi-meteoroloji proqnoz

Aprelin 9-da Abşeron yarımadasında mülayim isti yaz havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 10-da güclü xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.