ABŞ avtomobil idxalına rüsum tətbiq edə bilər

24 May 2018 21:00 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olunan avtomobillərin və onların ehtiyat hissələrinin iqtisadi təhlükəsizliyə təsirinin araşdırılmasına göstəriş verib.

“Report” xəbər verir ki, o, bu məsələni ABŞ-ın ticarət naziri Vilbur Rossa həvalə edib.
“Ticarət naziri Vilbur Ross ilə avtomobil sənayemizin son vəziyyətini müzakirə etdik. Ona ABŞ-a idxal olunan avtomobillərin və onların ehtiyat hissələrinin iqtisadi təhlükəsizliyinə necə təsir etdiyinin incələnməsi tapşırığını verdim”, - deyə dövlət başçısı qeyd edib.
“Report”un analitik qrupu hesab edir ki, bu araşdırmanın yekununda ABŞ avtomobil idxalına, təxminən, 25% rüsum tətbiq edə bilər. Bu baş versə, D.Tramp Kanada, Meksika, Çin, Cənubi Koreya və Avropa İttifaqı ilə bağlı ticarət münasibətlərinə dair apardığı müzakirələrdə əlavə üstünlük qazanacaq.