"Qarabağ" 9 futbolçu ilə yollarını ayırıb - SİYAHI

24 May 2018 21:30 (UTC+04:00)

"Qarabağ" klubu 9 futbolçu ilə yollarını ayırıb. Movqe.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirovun müqavilə, Pedro Enrike və Ramil Şeydayevin icarə müddəti başa çatıb.

Klub onlara göstərdikləri xidmətlər qarşılığında təşəkkür edir, onlara gələcək karyerasında uğurlar arzulayır.