Türkiyədə hərbçilər arasında kütləvi zəhərlənmə

24 May 2018 22:00 (UTC+04:00)

Türkiyənin Amasya vilayətində hərbi hissələrin birində hərbçilərin kütləvi zəhərlənməsi halı baş verib.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, zəhərlənmə hadisəsi hərbi hissədə gəmiricilərə qarşı mübarizə tədbirlərindən sonra qeydə alınıb.

Ümumilikdə 81 hərbi qulluqçunun xəstəxanaya yerləşdirildiyi qeyd olunur.