Azərbaycanda sahibkarlara ödənilən ixrac təşviqinin məbləği 5 mln. manata yaxınlaşıb

25 May 2018 12:17 (UTC+04:00)

 “Bu günə qədər Azərbaycanda sahibkarlara 4,6 mln. manat ixrac təşviqi ödənilib. 2018-ci ilin I rübündə ölkənin qeyri-neft ixracı 35% artıb”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum bazar araşdırmalarını davam etdirir: “İndiyə qədər 12 bazar araşdırması aparılıb. Hazırda bazar araşdırması üçün 50-yə yaxın sifariş var. Bu araşdırmalar ixracın təşviqinə kömək edəcək”.
Ş.Mustafayev onu da əlvə edib ki, Birləşmiş Ərəb Əmirliklərində “Azərbaycan Ticarət Evi” yaradılacaq. Latviya və Ukraynada isə belə evlərin yaradılması yekunlaşıb.