Mərkəzi Banka hücüm olub

30 Aprel 2012 12:09 (UTC+04:00)

Mövqe az xəbər verir ki,  Dünən axşam saatlarında Suriyanın paytaxt şəhəri Şamda yerləşən Mərkəzi Bankın binasına hücum təşkil olunub. Suriya dövlət televiziyası militantlar tərəfindən təşkil olunmuş hücumda 4 polis patrul nəfərinin yaralandığını deyib.  BMT –nin Suriyadakı hərbi müşahidəçi heyətinə rəhbərlik edəcək  Norveçli General Robert Mood Şam şəhərinə gəldikdən qısa bir müddət sonra mətbuat konfransı keçirib. O: " Hər kəsdən xahiş edirəm ki, bizi gözləyən bu çox çətin vəzifədə bizə dəstək olsun və əməkdaşlıq etsin".


Əfqanə Məzahirqızı