Azərbaycanda gömrük bəyannaməsi prosesi daha da sadələşdiriləcək

25 May 2018 15:27 (UTC+04:00)

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) gömrük bəyannaməsi prosesini sadələşdirməyə davam edəcək.

Movqe.az-ın  məlumatına görə, bunu DGK-nın sədri Səfər Mehdiyev Sahibkarlar Gününə həsr olunmuş tədbirdə deyib.

S.Mehdiyev qeyd edib ki, yaxın vaxtlarda Dövlət Gömrük Komitəsi sahibkarların sərhədi mallarla keçmə prosesi haqqında yeni xəbərdarlıq sistemini istifadə verəcək.