Azərbaycanda mikro və kiçik biznes üçün vergi yükü azaldılacaq

25 May 2018 15:48 (UTC+04:00)

Azərbaycanda mikro və kiçik sahibkarlıq nümayəndələri üçün vergi yükü azaldılacaq. Bunu Sahibkarlar gününə həsr olunmuş konfrans zamanı Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri şərh edən vergilər naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, bu istiqamətdə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə geniş miqyaslı iş aparılır.