Azərbaycanda doğulmuş erməni Bakıya gəlib

25 May 2018 15:36 (UTC+04:00)

 Azərbaycanda doğulmuş və hazırda Rusiyada yaşayan erməni Bakıya gəlib.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Bagiryan Eduard Apkaroviçin səfərini platforma təşkil edib. 
Məlumatda bildirilir ki, E.Apkaroviç hazırda Moskvada yaşayır. O, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvüdür.