Rusiyada satışdan əldə olunan gəlirdən vergi tutulmayacaq

25 May 2018 18:30 (UTC+04:00)

 Rusiya hökuməti satışdan əldə olunan gəlirə vergi tətbiq etməyəcək. 

"Report" rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini, maliyyə naziri Anton Siluanov Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda bildirib.
O, həmçinin ölkədə gəlir vergisinin dərəcəsinin dəyişdirilməsinə qarşı çıxıb.
"Məncə, ödədiyimiz 13%-lik gəlir vergisi vergidənyayınmanın qarşısını almaq üçün ən yaxşı prinsipdir. Ona görə, bu sahədə vəziyyəti dəyişdirməyi təklif etmirik", - A.Siluanov deyib.