Gədəbəydə qətl törədən şəxs tutulub

26 May 2018 17:58 (UTC+04:00)

Mayın 25-də Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisindəki kafelərin birində kənd sakini Məhəmmədəli Cəfərli münaqişə zəminində Poladlı kənd sakini Elşad Quliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş E.Quliyev orada ölüb.

Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Cəfərli saxlanılıb.