ABŞ-dan maraqlı qanun
9 Aprel 2013 17:15 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ-ın
Montana Əyalət Məclisi, sürücülərin
yolda avtomobilləri ilə dəydikləri
vəhşi heyvanları yeməsinə
hüquqi icazə verən qanunu
səs çoxluğu ilə qəbul edib.
Montana, buna icazə
verən ilk ABŞ əyaləti
olub. Qanun layihəsini
hazırlayıb səsverməyə təqdim
edən əyalət senatoru Stiv
Levin, avtomobil istifadə
edərkən, yolda gördüyü ölü
vəhşi heyvanları sayarkən,
bu fikirin meydana gəldiyini söyləyib.
Qanunu dəstəkləyən əyalət
senatoru Lari Lent də
"Bu qədər yaxşı ətin
israf edilməsi həqiqətən
günahdır" deyib. Qanuna
əvvəl bütün vəhşi heyvanlar
daxil edilmişdi, lakin
layihə sürücülərin ticari
dəyəri olan qoyun, ayı və
vaşaqları hədəf ala
biləcəkləri qorxusu ilə elk
(cins maral) Amerikan
maralı və antilop
növləriylə hüdudlandırılıb.