TQDK abituriyentlərin suallarını cavablandırıb

9 Aprel 2013 17:29 (UTC+04:00)

Mövqe.az-ın məlumatına görə, tələbə qəbul kampaniyasının başlanması ilə əlaqədar olaraq abituriyentlər tərəfindən TQDK-ya dövlət sifarişli yerlər haqqında məlumat almaq üçün çox saylı müraciətlar daxil olur. 


Bunu nəzərə alaraq abituriyentlərin diqqətinə çatdırılır ki, 2012/2013-cü, 2013/2014-cü və 2015/2016-cı tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin ayrı-ayrı ixtisasları üzrə dövlət sifarişi ilə tələbə qəbulunun Proqnozu TQDK-nın 2011-ci ildə nəşr etdiyi "Məlumat kitabı"nda dərc edilmişdir. Jurnalı elektron formada (pdf) http://tqdk.gov.az/ejurnal/ ünvanından əldə etmək olar