Fizuli rayonunda erməni hərbiçiləri qəzaya düşdü

10 Aprel 2013 01:01 (UTC+04:00)

Ermənistanın işğalı altında olan Azərbaycanın Füzüli rayonunda Ermənistanın müdafiə nazirliyinə məxsus hərbi maşın qəzaya düşüb, 20 çox erməni əsgəri yaralanıb. APA-nın "News.am"a istinadən verdiyi məlumata görə, aprelin 8-də erməni işğalı altında olan Azərbaycanın Füzüli rayonunda Ermənistanın müdafiə nazirliyinə məxsus "Sadko" markalı hərbi maşın yolda çalaya düşərək, aşıb.  Qəza nəticəsində maşında olan 21 əsgər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hərbi hospitala yerləşdirilib. Məlumata görə, xəsarət alanların çoxunun vəziyyəti kafidir.  Fakt üzrə Ermənistanın müdafiə nazirliyinin İstintaq idarəsi araşdırma aparır.