İrəvanda müxalifət polislə toqquşdu

10 Aprel 2013 09:39 (UTC+04:00)

Yerevanın paytaxtında etiraz aksiyası keçirən Ermənistan prezidentliyinə keçmiş namizəd, müxalifət "İrs" partiyasının lideri Raffi Ovanisyanın tərəfdarları polislə danışıqlar aparırlar. Onlar yürüş iştirakçılarını Baqramyan küçəsində yerləşən prezidentin iqamətgahına buraxılmalarını tələb edirlər.  Xatırladaq ki,dünən Yerevanda ikinci müddətə seçilmiş Ermənistan prezidenti Serj Sarqsyanın inauqurasiyası keçirilib. Ovanisyan seçkilərin nəticələrini qəbul etməyərək, Konstitusiya məhkəməsinə şikayət verib və Azadlıq meydanında özünün alternativ inauqurasiyasını keçirib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, polis etirazçıları dövlət başçısının  iqamətgahına buraxmır və qanunsuz hərəkətlərə yol verildiyi təqdirdə mitinq iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə edəcəyi barədə xəbərdarlıq edib. Bundan bir qədər əvvəl yürüş iştirakçıları ilə polis arasında bir neçə toqquşma baş verib.  "News.am" xəbər verir ki, müxalifət tərəfdarlarının bir qismi yürüşün marşrutunu dəyişərək prezidentin iqamətgahı yerləşən Baqramyan küçəsindən Moskovyan küçəsinə, "erməni soyqırımı" abidəsinə istiqamət götürüblər. Bundan əvvəl Raffi Ovanisyanın tərəfdarları polisdən yürüş iştirakçılarını Baqramyan küçəsində yerləşən prezidentin iqamətgahına buraxılmalarını tələb ediblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların irəliləməsinə imkan verməyib. Qeyd edək ki, Ermənistan Yazıçılar İttifaqının binası qarşısında müxalifət tərəfdarları ilə polis arasında bir neçə dəfə toqquşma baş verib, nəticədə "İrs" partiyasının sədr müavini Armen Martirosyan xəsarət alıb.