Fatih Terim qələbə sevincindən danışıb
10 Aprel 2013 09:55 (UTC+04:00)
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının 1/4
finalının cavab oyununda "Real" üzərində qələbədən (3:2) sonra
açıqlama verib. Movqe.az qol.az-a istinadən xəbər verir ki, baş
məşqçi dünyanın ən güclü komandasını məğlub etdiklərini deyib:
"Növbəti mərhələyə keçməsək də, dünyanın bizə hörmət etməsinə səbəb
olduq. Buna görə də futbolçularıma təşəkkür edirəm. Bü gün bütün
"Qalatasaray"lıların qürür duyacağı bir oyun nümayiş etdirdik.
Verdiyim sözü yerinə yetirdiyim üçün çox xoşbəxtəm".
Türkiyəli mütəxəssis ikinci hissədə möhtəşəm oynadıqlarını deyib:
"Fasiləni ən yaxşı şəkildə istifadə edən baş məşqçilərdən biriyəm.
Bir dəyişiklik edərək Ambaratı oyuna saldıq. Sistem və oyun
fəlsəfəsində dəyişiklik oldu. Hesab 3:1 olanda növəbi tura keçmək
şanslarımız artdı. Droqbanın vurduğu qol ofsayt olmasaydı,
yarımfinala çıxa bilərdik. Biz yalnız növbəti mərhələyə keçə
bilmədik, ancaq matçı qazandıq".
Qeyd edək ki, "Qalatasaray" bu oyunda 3:2 hesabə ilə qalib
gəlməsinə baxmayaraq, ilk oyunda 3:0 hesablı qələbəyə sevinən
"Real" növbəti yarımfinala adlayan tərəf olub.