“Facebook” yenə də günahlandırılır

10 Avqust 2018 12:00 (UTC+04:00)

“Facebook” bir sıra şirkətlərlə məxfi tərəfdaşlıq razılaşmasını dəstəkləyərək yenə də istifadəçilərin məlumatlarına çıxış imkanı verir.

Movqe.az Lenta.ru-ya istinadla xəbər verir ki, “ağ siyahı” bir sıra şirkətlərə qeydiyyatdakı istifadəçilərin dostları, onların telefon nömrələri haqqında ətraflı məlumat verir.

Tərəfdaş-şirkətlər arasında Royal Bank of Canada və Nissan Motor Company-nin adları hallanır.

Jurnalistlər qeyd edir ki, “Facebook” hələ 2015-ci ildə bu məlumatlara çıxışı bağlamağı vəd etsə də, sözünü tutmadı.