"Google" indi də İslam dünyasında
10 Aprel 2013 16:16 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İran
Ünsiyyət və Texnologiya
naziri Məhəmməd Həsən
Nami, İslam "Google
Earth" layihəsini dörd
ay ərzində həyata
keçirəcəklərini bildirib. "theiranproject" saytının
xəbərinə görə
Nami, İslam
"Google Earth"ın adının
"Basir" olacağını
açıqlayıb. "Google Earth"
və "Vikipedia" kimi
saytların məqsədinin digər
ölkələrin təhlükəsizlik
məlumatlarına çataraq pul
qazanmaq olduğunu bildirən
Nami, "Basir"in
isə mənfəət məqsədli
olmayacağını tək məqsədinin
insanları həqiqətə
istiqamətləndirmək olduğunu
söyləyib. Nami saytın
həm İran həm də
İran xaricindəki
istifadəçilərə xidmət
verəcəyini deyərək,
dünyanın harasında olursa
olsun Müsəlmanların bu
saytı istifadə edərək
qibləni tapa biləcəklərini
bildirib.