Tetçeri yandıracaqlar

10 Aprel 2013 16:30 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin 16 aprel gecəsi Londonun mərkəzindəki Parlament binasında qalacaq. Cənazə St Paul qəsrinə aparılacaq. Canlı yayımlanacaq mərasimdə Kraliça 2-ci Elizabet ilə həyat yoldaşı da olacaq. Sonra isə cənazə yandırılacaq. Tetçer "pul israfı olar" deyə cənazəsində döyüş təyyarələrinin keçid etməməsini "uyğun olmayacağından" tabutun katafalka (ölü arabası) qoyulmamasını vəsiyyət edib. Cənazə mərasiminin, keçmiş baş nazirin siyasi vəziyyətinə uyğun olması üçün "Twitter"da on minlərlə insan kampaniya başladıb. Dövlətin mərasim üçün pul xərcləməməsi  lazım olduğu deyilib. Məşhur İngilis rejissor Ken Loaç isə "Tetçerin cənazəsi özəlləşdirilsin, ən az pulu verən onu basdırsın" deyib.