16 yaşında 23 dil bilir

10 Aprel 2013 16:51 (UTC+04:00)
Movqe.az xəbər verir ki, 16 yaşındakı Nyu Yorklu gənc düz 23 dil bilir. Nyu Yorkda yaşayan Timoti Doner sadəcə 16 yaşında 23 fərqli dili öyrənib. Onun bildiyi dillər arasında Fransız, Latınca, Antik Yunan dili, Mandarin Çin dili, Yapon, Ərəb, İvrit dilini, Fars Hindi dili var. Doner xüsusilə İsrail rəqs musiqisini sevdiyi üçün ilk olaraq İvrit dilini öyrəndiyini söyləyib. Doner dil öyrənmə macərasını izah etdiyi görüntü lentini "Youtube"da da paylaşıb.