Putin itləri ilə qarda əyləndi

10 Aprel 2013 17:31 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin, Almaniya və Hollandiya gəzintilərindən sonra Moskva xaricində yerləşən Novo Oqoryova dövlət başçılığı istirahət yerinə yaxın dağlıq sahədə itləri ilə qarda oynayıb. Movqe.Az-ın məlumatına görə, Putin Bolqarıstan Baş naziri Boiko Borisovun 2010-cu ildə hədiyyə etdiyi Karakaçan cinsindən olan iti Bufi və Yaponiya Akita Bələdiyyə sədrinin hədiyyə etdiyi Yuma adlı iki iti ilə qarda uşaq kimi əylənib. Kremlinin xüsusi fotoqrafı tərəfindən çəkilən fotolarda Putinin ilk iti Koninin iştirak etməməsi diqqət çəkib. Heyvanlara sevgisi böyük olan Putin, ata minməyi, balıq tutmağı da çox sevir. Nəsli tükənməkdə olan Sibir pələngləri də Putinin xüsusi nəzarəti altındadır.