Nəqliyyat Nazirliyində Dünya Bankının nümayəndəsi ilə görüş keçirilib

10 Aprel 2013 17:03 (UTC+04:00)

Nəqliyyat Naziri Ziya Məmmədov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Nəqliyyat Sektorunun Meneceri cənab Xuan Qavirianın başçılıq etdiyi nümayəndə heyətini  qəbul edib.


Aprelin 10-da  Nəqliyyat Naziri Ziya Məmmədov  Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə Nəqliyyat Sektorunun Meneceri cənab Xuan Qaviranı və Dünya Bankının İnfrastruktur üzrə baş mütəxəssisi cənab  Nicat Vəliyevi  qəbul edib. Mövqe.az-ın Nəqliyyat nazirlirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı cənab Ziya Məmmədov ölkəmizdə son illər əldə edilən uğurlar, nəqliyyat sektorunda aparılan islahatlar barədə məlumat verib,  eləcə də Dünya Bankı ilə Azərbaycan Respublikası arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları və regionda nəqliyyatın inkişafı üçün gələcək perspektiv layihələr barədə danışıb. 


Görüş zamanı Azərbaycan Respublikası ilə Dünya Bankı arasında nəqliyyat sektoru üzrə cari və gələcək əməkdaşlıq məsələləri, o cümlədən 2014-2015-ci illərdə yeni nəqliyyat layihələrinin həyata keçirilməsi və mövcud magistral avtomobil və dəmir yolu layihələrinin icra vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.